Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuz rayon MKS-də ”Əbədi söz ustası-Seyid Əzim Şirvani” adlı tədbir keçirilib

09.12.2025

09 dekabr 2025-ci il tarixində Tovuz rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə Tovuz şəhər Adil Qasımov adına tam orta məktəbdə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, maarifçi, şair və mütəfəkkir Seyid Əzim Şirvaninin 190 illik yubileyinə həsr olunan "Əbədi söz ustası-Seyid Əzim Şirvani" adlı tədbir keçirilib.
Tədbirdə çıxış edənlər bildiriblər ki, Seyid Əzim həm yaradıcılığı, həm də maarifçilik fəaliyyəti ilə xalqımızın mədəni irsində özünəməxsus iz qoymuş şəxsiyyətlərdən biridir.  Tədbirimizin məqsədi böyük şairin həyat yolunu, zəngin bədii irsini və maarifçilik ideyalarını yenidən xatırlatmaq, onun yaratdığı milli düşüncə məktəbinin bu gün də nə qədər aktual olduğunu vurğulamaqdır. Seyid Əzim Şirvani öz dövrünün cəhalətə qarşı açdığı mübarizəni şeirlərində, satirik əsərlərində və pedaqoji fəaliyyətində ustalıqla əks etdirmiş, xalqı elmə, savada, yeniliklərə səsləmişdir. Seyid Əzim Şirvaninin ədəbi irsi bizim üçün yalnız keçmişin yadigarı deyil, milli kimliyimizin formalaşmasında mühüm dayaqlardan biridir. Onun satirası bu gün də insanları düşünməyə vadar edir, maarifçilik ideyaları isə gənc nəsilə yol göstərir.
Tədbirin sonunda şagirdlər şairin şeirlərindən nümunələr səsləndiriblər.