09.12.2025
9 dekabr 2025- ci il tarixində Tovuz rayon Aşıq Əsəd Rzayev adına Uşaq Musiqi Məktəbində "Konstitusiya və Suverenlik" çərçivəsində tədbir keçirilib. Tədbirdə məktəbin direktor v.m.i.e Qasımova Sədaqət Kamil qızı çıxış edərək bildirdi ki,xalqımızın xilaskarı, Ulu Öndər Heydər Əliyevin qurduğu müasir müstəqil Azərbaycan dövləti üçün 2025-ci il xüsusi əhəmiyyət daşıyır. Dövlətimizin başçısının “Konstitusiya və Suverenlik İli” elan etdiyi 2025-ci ildə Konstitusiyanın qəbulunun 30 illiyi qeyd edilir, 44 günlük Vətən müharibəsində tarixi Qələbənin 5 illiyi tamam olur, həmçinin Dövlət Suverenliyi Gününün rəsmi səviyyədə birinci ili yaşanır. Bu tarixi paralellik dövlətimizin və xalqımızın gələcəyinin Konstitusiya və Suverenlik prinsipləri üzərində qurulmasını təmin edən Ulu Öndərin siyasi xəttinin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin bariz nümunəsidir.