Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gədəbəy rayon Slavyanka kənd Uşaq Musiqi Məktəbində ”Konstitusiya və Suverenlik ili”nə həsr olunmuş tədbir keçirilib

09.12.2025

09.12.2025-ci il tarixində Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Gədəbəy rayon Slavyanka kənd Uşaq Musiqi Məktəbində "Konstitusiya və Suverenlik ili"nə həsr olunmuş tədbir keçirildi. Tədbirdə dövlətçilik tariximizin öyrənilməsi, eyni zamanda ölkəmizin hüquqi dövlət quruculuğu sahəsində və suverenliyin daha da möhkəmləndirilməsi istiqamətində atılan addımların davamı kimi mühüm əhəmiyyət daşıması, şagirdlərin diqqətinə çatdırıldı. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış Azərbaycan Respublikasının Konstitusyasının ölkəmizdə qenişmiqyaslı islahatların əsasının təşkil etməsi, Prezident İlham Əliyevin güclü siyasəti nəticəsində suverenliyimizin bərpası haqqında geniş məlumat verildi