Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəmkir şəhər Uşaq Musiqi Məktəbində “Konstitusiya və Suverenlik İli” çərçivəsində maarifləndirici tədbir keçirilib

09.12.2025

9 dekabr 2025-ci il tarixində Şəmkir şəhər Uşaq Musiqi Məktəbində “Konstitusiya və Suverenlik İli” çərçivəsində maarifləndirici tədbir keçirildi.
Tədbirdə müəllimlər, şagirdlər və kollektiv olaraq dövlətçiliyimizin əsasını təşkil edən konstitusion dəyərlər, suverenliyin əhəmiyyəti və vətəndaşlıq borcumuz haqqında geniş məlumatlar verildi.
Konstitiyamız – hüquqlarımızın təminatı, suverenliyimiz isə müstəqilliyimizin, milli iradəmizin ən ali rəmzidir. Bu dəyərləri gənclərimizə daha dərindən aşılamaq, onların dünyagörüşünü zənginləşdirmək tədbirin əsas məqsədi oldu.
Məktəb kollektivinin fəal iştirakı ilə keçirilən bu maarifləndirici görüş şagirdlərin dövlətçilik anlayışlarını daha da möhkəmləndirdi.