10.12.2025
10 dekabr 2025-ci il tarixdə Ağstafa şəhər Uşaq Musiqi Məktəbində "Konstitusiya və Suverenlik ilinə" həsr edilmiş dəyirmi masa keçirildi. Dəyirmi masada məktəbin direktoru və şagirdlər iştirak etdilər.
Tədbirdə məktəbin direktoru Arif Əliyev 2025-ci ilin "Konstitusiya və Suverenlik ili" elan edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə şagirdləri tanış etdi. Direktor çıxışına davam edərək bildirdi ki, Azərbaycan Respublikasının Konstitusiyasında Dövlət Müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması başlıca niyyətlərdən biri kimi bəyan edilmişdir. 30 il erməni işğalçıları tərəfindən ələ keçirilən torpaqlarımız 2020-ci ilin sentyabr ayının 27-də keçirilən antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa edilmiş Azərbaycan Respublikasının Konstitusiyasının hüquqi qüvvəsi işğaldan azad edilmiş torpaqlarımızda tam bərqərar olmuşdur.Tədbir direktor şagirdlər arasında maraqlı dialoqlar davam etdi.