Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəmkir rayon Tarix-Diyarşünaslıq Muzeyində Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib

11.12.2025

Şəmkir rayon Tarix-Diyarşünaslıq Muzeyində mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə 12 dekabr Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib

11.12.2025-ci il tarixində Şəmkir rayon Tarix-Diyarşünaslıq Muzeyində rayonun mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə 12 dekabr – Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.

Tədbir Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş Şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə Musiqi məktəbinin əməkdaşı çıxış edərək Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, dövlətçilik sahəsində göstərdiyi misilsiz xidmətlər, eləcə də milli-mədəni dəyərlərimizin inkişafındakı rolundan geniş məlumat verib.

Muzeyin direktoru Günel Rzayeva çıxışında Ulu Öndərin Azərbaycan mədəniyyətinin inkişafındakı əvəzsiz xidmətlərini vurğulayıb, onun milli-mədəni irsin qorunmasına və yüksəldilməsinə göstərdiyi diqqət və qayğıdan danışıb.

Daha sonra tədbir Heydər Əliyev Fondunun istehsalı olan “İZ” adlı sənədli filmin nümayişi ilə davam etdirilib. Film Ümummilli Liderin zəngin həyat yolu, dövlətçilik fəaliyyəti və xalqımızın yaddaşında qoyduğu silinməz izlərə həsr olunub.

Sonda vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin işıqlı ideyaları, dövlətçilik irsi və xalqımıza olan sonsuz sevgisi daim yolumuzu nurlandıracaq. Onun əziz xatirəsi isə hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaq.