Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Seyid Əzim Şirvaninin 190 illik yubileyi münasibətilə “Seyyida, ölmərəm, aləmdə səsim var mənim” adlı ədəbi-bədii gecə təşkil edil

11.12.2025

Ağstafa rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi kitabxanasının təşkilatçılığı ilə 11 dekabr 2025-ci il tarixində XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi olan Seyid Əzim Şirvaninin 190 illik yubileyi münasibətilə “Seyyida, ölmərəm, aləmdə səsim var mənim” adlı ədəbi-bədii gecə təşkil edildi.
Tədbiri giriş sözü ilə açan aparıcılar Günay Qədiməliyeva və Aynur Aşurova çıxış edərək bildirdilər ki, Seyid Əzim Şirvani yaradıcılığı boyu həm Şərq poeziyasının çoxəsrlik ənənələrini yüksək sənətkarlıqla davam etdirmiş, həm də mühüm ictimai-siyasi dəyişikliklərin baş verdiyi bir şəraitdə Azərbaycan ədəbiyyatının yeni maarifçilik ideyaları ilə zənginləşməsində əhəmiyyətli rol oynamışdır. Dəyərli poetik nümunələrdən ibarət parlaq lirikasında mənəvi gözəlliyi tərənnüm edən şair eyni zamanda realist satiralarında dövrün aktual məsələlərinə kəskin münasibət bildirmiş, didaktik əsərlərində humanist ideyaların təbliğinə xüsusi diqqət yetirmişdir. Mərkəzi kitabxananın əməkdaşı Aysel Ağakişiyeva geniş məruzə ilə çıxış edərək qeyd etdi ki, klassik ədəbiyyatımızı layiqincə və təkrarsız davam etdirən ədiblərdən biri də böyük söz ustadı maarifçi, publisist, pedaqoq  Seyid Əzim Şirvanidir. Seyid Əzim Şirvani XIX əsr Azərbaycan ədəbiyyatının klassik poeziya ənənələrini yaradıcılıqla davam etdirən ən qüdrətli sənətkardır. Sonra şairin nakam məhəbbətdən yazılmış əsərlərinə həsr edilmiş “Yada saldıqda səni-Seyyid Əzim Şirvani” adlı qısametrajli sənədli filmə tamaşa edildi. Kitabxanaçıların ifasında dahi şəxsiyyətlərin ədəibin həyat və yaradıcılığına həsr edilmiş kəlamları dinlənildi, özünün elmə həsr etdiyi hikmətli sözlərə qulaq asıldı. Məktəblilərin ifasında uşaqlara həsr etdiyi şeirləri səsləndirildi, qəzəllərindən parçalar oxundu.
Sonda Seyyid əzim Şirvaninin əsərlərindən ibarət olan geniş tərkibli sərgiyə baxış keçirildi.