Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon Heydər Əliyev Mərkəzinə Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar ekskursiylar təşkil edilib

12.12.2025

Qazax rayon Heydər Əliyev Mərkəzinin tədbirlər planına əsasən Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar 1-12 dekabr tarixlərində rayonun idarə, müəssisə və təşkilatları, ümumtəhsil məktəbləri, universitet və kollec tələbələrinin dahi şəxsiyyətin adını daşıyan muzeyə ziyarətləri təşkil edilib. Ziyarətçilərə Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti haqqında geniş məlumatlar verilub, kitab və jurnallardan ibarət sərgi və filmlər nümayiş etdirilib.

Müstəqil Azərbaycanın qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin müasir tariximizdə əvəzolunmaz rolu danılmazdır. Əbədiyyətə qovuşmasından illər keçməsinə baxmayaraq xalqımız dahi şəxsiyyəti qürurla anır, böyük hörmət və ehtiramla xatırlayır.