Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuzda mülki müdafiə təlimi keçirilib

16.12.2025

16 dekabr 2025-ci il tarixdə Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi Tovuz rayonu üzrə mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Mülki Müdafiə Tədbirlər planına uyğun olaraq xəbərdarlıq toplanış üzrə mülki müdafiə təlimi keçirilib.
Təlim zamanı Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin inspektoru Firdovsi Rəhimbəyli iştirakçılara  ətraflı məlumat verdi. Tədbirin keçirilməsində əsas məqsəd mülki müdafiə sahəsində maarifləndirmə işinin aparılması, fərdi və kollektiv mühafizə vasitələrindən, ilkin yanğınsöndürmə alət və avadanlıqlarından istifadə qaydalarının öyrədilməsi, fövqəladə hallar zamanı davranış qaydalarının aşılanması olub.