Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuzda ”Asudə vaxtın səmərəli təşkilində mütaliənin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib

23.12.2025

23 dekabr 2025-ci il tarixdə Tovuz rayon Mərkəzi kitabxanası A.Qasımov adına şəhər tam orta məktəbində yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili ilə əlaqədar "Asudə vaxtın səmərəli təşkilində mütaliənin rolu" mövzusunda maarifləndirici görüş təşkil edib.
 Görüşdə çıxış edənlər  bildiriblər ki, gənclərin asudə vaxtının səmərəli təşkili onların fiziki, zehni və mənəvi inkişafında mühüm rol oynayır. Asudə vaxtın düzgün planlaşdırılması yeniyetmə və  gənclərin sağlam həyat tərzi sürməsinə, yeni bilik və bacarıqlar qazanmasına, eyni zamanda zərərli vərdişlərdən uzaq qalmasına kömək edir. Görüş zamanı 
asudə vaxtın səmərəli təşkilində mütaliənin rolu barədə də məktəblilərə geniş məlumat verilərək vurğulanıb ki, kitab oxumaq gənclərin dünyagörüşünü genişləndirir, düşünmə qabiliyyətini və nitq mədəniyyətini inkişaf etdirir, eyni zamanda vaxtın faydalı və məqsədyönlü keçirilməsinə şərait yaradır, insanı mənəvi cəhətdən zənginləşdirir. Asudə vaxtını mütaliəyə həsr edən gənclər biliklərini artırır, özünüinkişafa meyl göstərir və cəmiyyətdə daha fəal mövqe tutur.