23.12.2025
23 Dekabr 2025-ci il tarixində Ağstafa rayon Hüseyn Arifin Ev Muzeyi və Ağstafa rayon Tarix Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə Ağstafa şəhər 4 saylı körpələr evi uşaq bağçasında "31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" və yeni il bayramı münasibətilə bayram şənliyi təşkil olundu. Muzey əməkdaşları ilk öncə uşaqları qarşıdan gələn bayram münasibətilə təbrik edərək onlara simalarında uşaq təbəssümü və gözəl günlər arzuladılar. Uşaqlar yeni il musiqilərinin sədaları ilə onları təbrikə gələn muzey əməkdaşları ilə dövrə vuraraq rəqs etdilər. Uşaqlar üçün yaddaqalan və həyəcanlı gün oldu.