Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafada “Bir olaq, həmrəy olaq” adlı tədbir keçirilib

23.12.2025

23 dekabr 2025-ci il tarixində Ağstafa rayon MKS-in mərkəzi kitabxanasının və MİHİ Ağstafa rayon Komitəsinin birgə təşkilatçılı ilə “Bir olaq, həmrəy olaq” adlı tədbir təşkil edildi. Tədbiri MKS-in direktor müavini G.Sadıxova açıq elan edərək işçiləri və körpələri yeni ilin gəlişi münasibətilə səmimi qəlbdən təbrik etdi. Sonra MİHİ Ağstafa rayon komitəsinin sədri G.Kərimov da qarşıdan gələn bayramlar münasibətilə tədbir iştirakçılarına xoş sözlərini söylədi.
Tədbirin aparıçıları G.Qədiməliyeva və G.Əliyeva təşkil etdikləri maraqlı ssenari ilə tədbiri davam etdirdilər. Tədbirə dəvət olunan şaxta baba uşaqları əyləndirərək hədiyyələrini təqdim elədi. Tədbir uşaqlar ifasında söylənən şeirlər, mahnılar ilə daha rəngarək oldu.