24.12.2025
24 dekabr 2025-ci il tarixində Qazax rayon MKS-nin E.Hüseynov adına Mərkəzi kitabxanası oxu zalında “Tarix yazan gənclərimiz; Unutmadıq, Unutmarıq!” adlı videoçarx nümayiş etdirib. Bir qrup tələbə, fəal oxucu və kitabxana əməkdaşlarının iştirak etdiyi tədbirdə Vətən torpaqlarının azadlığı uğrunda qurban gedən Şəhidlərin əziz xatirəsi dərin ehtiramla bir dəqiqəlik sükutla yad edilib. I Qarabağ müharibəsinin şəhidi, ölümündən sonra Azərbaycan Respublikasının Sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni və “İgidliyə görə” medalları ilə təltif edilmiş Hüseynov Elmar Nazim oğlunun qısa və şərəfli ömür yolunu əks etdirən “Tarix yazan gənclərimiz; Unutmadıq, Unutmarıq!” adlı videoçarxda 1993-cü ildə Milli Ordu sıralarına daxil olması “N“ saylı hərbi hissənin tərkibində tank taborunda xidmətə başlaması, 15 dekabr 1993-cü ildə Beyləqan rayonu istiqamətində öz tankı ilə düşmənin bir neçə atəş nöqtəsini susduraraq torpaqların müdafiəsi uğrunda Şəhidlik zirvəsinə ucalması haqqında məlumatlar nümayiş olunub. II Qarabağ Müharibəsində ömrünü canı qədər sevdiyi Vətənə bağışlayaraq Şəhidlik zirvəsinə ucalan, ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Vətən uğrunda ”,”Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuş əsgər Allahverdiyev Sakit Şahin oğlunun qısa, lakin ölümündən sonrakı gənclərə örnək olan mənalı həyat tarixçəsini canlandıran anlar nümayiş olunub.