Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafa rayon Mədəniyyət Mərkəzində bayram tədbiri keçirilib

24.12.2025

24 dekabr 2025 - ci il tarixində Qazax - Tovuz Regional Mədəniyyət İdarəsinin Ağstafa rayon üzrə mədəniyyət müəssisələrinin və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının  Ağstafa rayon Komitəsinin birgə  təşkilatçılığı ilə  Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl  münasibətilə tədbir keçirildi. Tədbirdə MİHİ Ağstafa rayon Komitəsinin sədri Gülgün Kərimov çıxış edərək qeyd etdi ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü birlik, milli-mənəvi dəyərlərimizə hörmət, doğma Vətənə məhəbbət və bağlılıq hisslərini özündə təcəssüm etdiyi bir bayramdır. O cümlədən 31 dekabr dünyanın hər yerində Azərbaycan kəlməsinin ucadan səsləndiyi gün olduğunu vurğuladı. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi və təşəbbüsü ilə 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü  kimi təsis edilməsi  Ulu Öndərin Azərbaycanda millət quruculuğuna töhfəsi olduğunu  diqqətə çatdırdı.
Tədbirdə Ağstafa rayon Hüseyn Arif adına Uşaq Musiqi Məktəbinin istedadlı şagirdləri və Ağstafa  Mədəniyyət Mərkəzində  fəaliyyət göstərən "Vətənim"  rəqs qrupunun üzvləri geniş konsert proqramı ilə çıxış etdilər. Tədbirdə uşaqlara MİHİ Ağstafa rayon Komitəsi tərəfindən hədiyyələr verildi.