25.12.2025
25 dekabr 2025 -ci il tarixdə Qazax Dövlət Rəsm Qalereyasında 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar "Hər bir azərbaycanlı üçün birlik, həmrəylik günü" başlığı altında tədbir keçirildi. Tədbirdə Qalereyanın direktoru Münəvvər Xəlilova, rəssam Yusif Əliyev çıxış edərək qeyd etdilər ki, xalqımız, eləcə də dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız, hər il dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Gününü böyük həvəs və coşqu ilə qeyd edir. Bu bayram ildən-ilə daha geniş vüsət alır, daha geniş şəkildə keçirilir. Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir.