Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Qadınlar və əbədi gözəllik”

05.03.2019

5 mart 2019-cu il tarixdə Qazax rayon Heydər Əliyev Mərkəzində 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə “Qadınlar və əbədi gözəllik ” başlıqlı dəyirmi masa təşkil olunmuşdur. Tədbirdə Qazax rayon Heydər Əliyev Mərkəzinin kollektivi, YAP Qazax rayon təşkilatının Qadınlar Şurasının sədri Yeganə Göyüşova, Səhiyyə işçiləri Həmkarlar İttifaqının sədri Sevda Həsənova, Qazax rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Səba Nəbiyeva , Qazax şəhər Mədəniyyət Mərkəzinin mədəni təşkilatçısı Nailə Əliyeva, Qazax şəhər Mədəniyyət Mərkəzinin direktoru Zahidə Həsənova, Qazax şəhər MKS-nin direktoru Solmaz Babanlı, Qazax rayon Təhsil Şöbəsində aparıcı məslətçi Bəxtiyarlı Günay, Ürkməzli kənd mədəniyyət evinin müdiri, şairə Gülsənəm Cəlilova iştirak etmişdirlər. Tədbiri muzeyin direktoru Ceyhunə Hüseynova açaraq, “Qadınlar və əbədi gözəllik ” mövzusunda ətraflı çıxış etmiş və bildirmişdir ki, - “Qadınların ictimai həyatdakı mövqeyi hər bir ölkə üçün əsas siyasət meyarlarından biridir. Böyük xalqların taleyində adını yazdırmış görkəmli qadınlar çox olmuşdur. Fəxrlə demək olar ki, Azərbaycan qadınları da tarix boyunca xalqımızın milli-mədəni ənənələrinin zənginləşməsinə və qorunub saxlanmasına xidmət etmiş, mürəkkəb və şərəfli inkişaf yolu keçərək, fədakarlıq rəmzinə çevrilmişdirlər. Mehriban xanım Əliyeva müasir Azərbaycan tarixinə vətəni və xalqı qarşısında əvəzsiz xidmətləri ilə adını qızıl hərflərlə yazdırmağa layiq olan qadınlardandır. 2017-ci il fevralın 21-dən Azərbaycanın vitse-prezidenti kimi fəaliyyətə başlayan Mehriban xanım Azərbaycan dövlətçilik tarixində ilk dəfə olaraq Birinci xanım statusunu formalaşdıraraq bütün bilik və bacarığını müxtəlif humanitar təşəbbüslərin reallaşmasına sərf etmişdir. Məhz bu genişmiqyaslı və fədakar fəaliyyətinə görə bir çox beynəlxalq təşkilatlar və dövlətlər tərəfindən yüksək mükafatlara layiq görülmüşdür .” Sonra tədbir iştirakçıları Yeganə Göyüşova, Səba Nəbiyeva, Zahidə Həsənova, Nailə Əliyeva, Solmaz Babanlı, Gülsənəm Cəlilova, Sevda Həsənova çıxış edərək Heydər Əliyevin Azərbaycana rəhbərliyə qayıdışı ilə ölkədə hüquqi demokratik dövlət qurulmasından və qadın hərəkatına dövlət qayğısının güclənməsindən danışmışdırlar. Rayonun ictimai işlərində yüksək fəallıq göstərən qadınların hər biri öz çıxışında möhtərəm prezidentimiz İlham Əliyevin sosial sahədə imzaladığı sərəncamlardan danışmış və bu sərəncamların xalqımızın rifahının yaxşılaşdırılmasına xidmət etdiyini bildirmişdirlər. Bütün bu diqqət və qayğıya görə ölkə prezidenti İlham Əliyevə bütün qadınlar adından təşəkkür etmiş, Mehriban xanım Əliyevanı Beynəlxalq Qadınlar bayramı münasibətilə səmimi qəlbdən təbrik etmişdirlər.