25.12.2025
25 dekabr 2025-ci il tarixdə Gədəbəy rayon Heydər Əliyev Mərkəzinin və Gədəbəy rayon Gənclər və İdman Sektorunun birgə təşkilatçılığı ilə “Birliyimiz gücümüzdür” adlı tədbir təşkil olunub. Tədbir Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilib.
Tədbirdə Gədəbəy rayon Gənclər və İdman Sektorunun baş məsləhətçiləri Müşviq Məmmədov, Zinyət Məmmədova və Heydər Əliyev Mərkəzinin əməkdaşı Sevər Tağıyeva çıxış edərək Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixi əhəmiyyətindən, milli birlik və həmrəyliyin vacibliyindən, gənclərin bu dəyərlərin qorunub saxlanılmasında rolundan bəhs etmişlər. Çıxışlar zamanı vurğulanmışdır ki, harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının milli kimliyini, dilini və mədəniyyətini yaşatması ümummilli birliyin əsasını təşkil edir.
Daha sonra mövzuya uyğun olaraq hazırlanmış maarifləndirici filmə baxış keçirilib.