Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəmkirdə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib

30.12.2025

Şəmkirdə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib.

Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayonun hüquq mühafizə orqanlarının, idarə və təşkilatların nümayəndələri, mədəniyyət işçiləri və ictimaiyyət üzvləri iştirak edib. Qonaqlar əvvəlcə uşaqların əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bayram tədbirinin bədii hissəsi Şəmkir rayonu üzrə mədəniyyət müəssisələrinin və Şəmkir Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə hazırlanaraq təqdim olunub. Bədii proqram çərçivəsində musiqi ansamblı, uşaq rəqs kollektivi, solist müğənnilər və musiqi məktəbinin istedadlı şagirdlərinin ifasında bayram əhval ruhiyyəli musiqi nömrələri və səhnəciklər nümayiş etdirilib.

Keçirilən tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb, milli mənəvi dəyərlərin təbliği və bayram əhval ruhiyyəsinin yaradılması baxımından əhəmiyyətli olub.