Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gədəbəydə “Unudulmayan Tarix – 20 Yanvar” adlı tədbir keçirilib

20.01.2026

Yanvarın 20-də Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Gədəbəy rayonu üzrə mədəniyyət müəssisələrinin əməkdaşları Şəhidlər Xiyabanını ziyarət ediblər. Vətənimizin azadlığı uğurunda canından keçmiş Şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Gədəbəy rayon mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə Aşıq Ələsgər adına Gədəbəy Aşıq Məktəbində “Unudulmayan Tarix – 20 Yanvar” adlı tədbir keçirilib.

Çıxışçılar bildiriblər ki, 20 Yanvar Azərbaycan xalqının azadlıq uğrunda göstərdiyi iradənin və qəhrəmanlığın simvoludur. Bu gün biz Vətənimizin müstəqilliyi naminə canından keçən şəhidlərimizi dərin hörmət və ehtiramla anırıq. Onların fədakarlığı xalqımızın yaddaşında əbədi yaşayacaq.

Tədbirin bədii hissəsində şagirdlər tərəfindən 20 Yanvar şəhidlərinə həsr olunmuş şeirlər səsləndirilib, vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiya təqdim olunub.

Sonda isə "Tarixin izi ilə - 20 Yanvar üfüqə açılan qapı" adlı sənədli film nümayiş etdirilib.