Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuzda ”Uşaqların zərərli informasiyadan qorunması sahəsində əsas prinsiplər” mövzusunda görüş təşkil edilib

22.01.2026

22 yanvar 2026-cı il tarixində Tovuz rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları Uşaqların zərərli informasiyadan qorunması haqqında Azərbaycan Respublikası Qanununun 5.3-cü maddəsinə əsasən "Uşaqların zərərli informasiyadan qorunması sahəsində əsas prinsiplər" mövzusunda N.Tusi adına liseydə uşaqlarla maarifləndirici görüş təşkil etdilər. Görüş zamanı muzeyin əməkdaşı çıxış edərək bildirdi ki, informasiya məhsulu dedikdə, ölkə ərazisində dövriyyə və istehlak üçün nəzərdə tutulan media məhsulları, audiovizual məhsullar, kompüter və digər elektron oyunlar, mətbu nəşrlər, çap materialları, habelə mədəni-kütləvi tədbirlər və telekommunikasiya şəbəkəsi vasitəsilə yayımlanan digər məlumatlar nəzərdə tutulur.