23.01.2026
23 yanvar 2026-cı il Qazax rayon Tarix-Diyarşünaslıq Muzeyində Qazax şəhəri Səməd Vurğun adına məktəbin 5 və 6-cı sinif şagirdləri ilə Qazax bölgəsinin Tunc dövrünə həsr olunmuş maarifləndirici ekskursiya keçirilib.
Məktəbin müəllimi Əliyeva Fayimə dərsin əhəmiyyətini vurğulayaraq bildirib ki, bu cür muzey dərsləri şagirdlərin tarixə marağının artırılmasında, onların dünyagörüşünün formalaşmasında və milli-mədəni irsimizin daha dərindən mənimsənilməsində mühüm rol oynayır.
Dərs zamanı şagirdlər Tunc dövrünə aid arxeoloji tapıntılar, qədim insanların yaşayış tərzi, əmək alətləri və maddi mədəniyyət nümunələri ilə yaxından tanış olublar.