Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Görkəmli maarifçi Firidun bəy Köçərli irsi Qazax Müəllimlər Seminariyasında qeyd edilib

24.01.2026

Yanvarın 24-də görkəmli maarifçi, ədəbiyyatşünas və pedaqoq Firidun bəy Köçərli irsi Qazax Müəllimlər Seminariyasında qeyd edilib.

“Firidun Köçərli irsi: tədris və tədqiqatlarda mükəmməlliyin başlanğıcı” adlı konfransda iştirakçılar təhsildə innovasiyalar ətrafında fikir mübadiləsi aparıb, tədris və tədqiqat sahələrində gələcəyə dair perspektivləri müzakirə ediblər.

Tədbirin bədii hissəsində Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Qazax şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin müəllim və şagird kollektivi iştirak edib. Gültəkin Hüseynova “Kor ərəbin mahnısı”, Günay Məmmədova “Füzuli” kantatası, Kənan Zeynallı “Dur, gəl nazlana-nazlana”, Samir Mehdizadə “Xudayar təsnifi”, Rəna Mancanova “Durnalar”, Rəsul Mansurov “Azərbaycanım” mahnılarını ifa ediblər.

Səsləndirilən bütün ifalar iştirakçılar tərəfindən böyük rəğbət və alqışlarla qarşılanıb.

#QazaxTovuzRMI #mədəniyyət #musiqi #QazaxMüəllimlərSeminariyası