26.01.2026
26 yanvar 2026-cı il tarixində Şəmkir şəhər Uşaq Musiqi Məktəbində 2025–2026-cı tədris ilinin I yarımili üzrə “Səslərdə Yarımil” adlı hesabat konserti keçirilib
Tədbirin keçirilməsində əsas məqsəd yarımil ərzində şagirdlərin qazandıqları bilik və bacarıqların nümayiş etdirilməsi, onların səhnə mədəniyyətinin inkişaf etdirilməsidir. Hesabat konserti "Buta" xor kollektivinin ifası ilə başlayıb və proqram boyu fortepiano, tar, kamança, violin, qarmon, klarnet, saz, nağara və xanəndə sinfinin şagirdlərinin çıxışları təqdim edilib. İfa olunan musiqi nömrələri şagirdlərin texniki hazırlığını, musiqi təfəkkürünü və milli musiqi irsinə bağlılığını əks etdirib.
Tədbir iştirakçıları tərəfindən konsert yüksək maraqla qarşılanıb, valideynlər və qonaqlar şagirdlərin çıxışlarını rəğbətlə alqışlayıblar. Hesabat konserti məktəbin tədris prosesinin səmərəliliyini və yaradıcı mühitini bir daha nümayiş etdirib.