30.01.2026
30 yanvar 2026-cı il tarixdə Qazax Dövlət Rəsm Qalereyasında 2 fevral - Gənclər Günü ilə bağlı "Azərbaycan gəncliyi mütəşəkkil qüvvədir" başlığı altında tədbir keçirildi. Tədbirdə Qalereyanın direktoru Münəvvər Xəlilova, rəssam Yusif Əliyev çıxış edərək Gənclər gününün yaranma tarixindən danışdılar. Qeyd edildi ki, bu gün Azərbaycanda həm fiziki, həm də mənəvi cəhətdən sağlam gənclik yetişir. Tədbirin sonunda dərnək üzvlərinin rəsmləri nümayiş olundu. Dərnək üzvləri Nüşabə Təhməzli və Fatimə Dərzizadə diplomla mükafatlandırıldı.