02.02.2026
02 fevral 2026-cı il tarixdə Qazax şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbində 2 fevral -Gənclər günü ilə bağlı "Gələcəyə doğru" başlığı altında tədbir keçirildi. Tədbiri tədris hissə müdiri Rövşanə Lətifova çıxış edərək bildirib ki, 2 feval gününün Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsas qoyuldu.1994-cü ildə dövlət gənclər siyasətini icra edən Gənclər və İdman Nazirliyi yaradılıdı. Ulu Öndərin prezidentliyi dövründə ölkə gəncləri onun diqqət və qayğısını daim öz üzrlərində hiss ediblər. Daha sonra tədbir müəllimlərin ifaları ilə davam etdi.