Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuzda ”Vətənin təpəri Gənclikdir” adlı tədbir təşkil olunub

02.02.2026

2 fevral 2026-cı il tarixində Tovuz rayon üzrə mədəniyyət müəssisələrinin və Tovuz rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Abulbəyli kənd folklor evində 2 fevral -Gənclər Günü ilə bağlı "Vətənin təpəri Gənclikdir" adlı tədbir təşkil olunub. Tədbirdə çıxış edənlər ilk öncə bütün Azərbaycan gənclərini təbrik ediblər. Sonra bildiriblər ki, 2 fevral - Azərbaycan Gəncləri Günüdür. Gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirilən ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət gənclər siyasəti ölkə gəncliyinin inkişafında dərin izlər buraxıb. Ulu Öndərin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapmaqdadır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsil, ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir.