Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazaxda Gənclər Günü qeyd edildi

02.02.2026

Qazaxda Gənclər Günü qeyd edildi

02 fevral 2026-cı il tarixdə Qazax rayon Mədəniyyət Mərkəzində Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon komitəsinin və Qazax rayon mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə 2 Fevral- Gənclər Gününə həsr edilmiş “İnamlı gənclər, güclü Azərbaycan” adlı tədbir təşkil edilib. Tədbirdə Qazax- Tovuz Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrində, Avey Tarix Mədəniyyət Qoruğunda, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsində, Qazax Gənclər G, Qazax Dövlət Dram Teatrında çalışan gənclər iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən Şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayıb.
Tədbiri giriş sözü ilə açan MİHİ Qazax rayon komitəsinin sədri, Əməkdar Mədəniyyət İşçisi İsgəndər Qurbanov bu gün münasibətilə bütün gəncləri səmimi-qəlbdən təbrik edib, hər birinə möhkəm cansağlığı, yüksək əhval-ruhiyyə və gələcək fəaliyyətlərində uğurlar arzulayıb, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində xərurqələr yaradan, xalqımızın tarixinə böyük qələbələr yazan gənclərimizin bu günkü gənclik üçün örnək olduğunu söyləyib.
Daha sonra İ.Qurbanov həmkarlar təşkilatlarının həmkarlar ittifaqının üzvü olan gəncləri  hər zaman diqqətdə saxladığını, onların maddi-mənəvi həvəsləndirilməsinə, sağlamlığının qorunmasına çalışdığını qeyd edib.
Qazax rayon Heydər Əliyev Mərkəzinin direktoru, Qazax –Tovuz Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəsi Ceyhunə Hüseynova çıxışında bildirib ki, ölkəmizdə dövlət-gənclər siyasətinin əsası Ulu Öndər Heydər Əlirza oğlu Əliyev tərəfindən qoyulmuşdur. Bu gün Azərbaycan gəncliyi istənilən sahə üzrə cəmiyyətdə öz sözünü deyir və öz mövqeyini qoruyub saxlayır. C.Hüseynova ölkəmizdə Azərbaycan gəncliyinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan, 44 günlük Vətən müharibəsindəki Azərbaycan gəncliyinin şücaətindən danışıb. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasətinin hər zaman xüsusi yeri olmuşdur. Bu gün də bu siyasət möhtərəm prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 
Digər çıxış edənlərdən Mədəniyyət Mərkəzinin direktoru Z.Həsənova, MKS-nin direktoru F.Xudiyeva, Qazax şəhər 2 nömrəli Uşaq Musiqi məktəbinin direktoru R.Qurbanov, Qazax Dövlət Rəsm Qalereyasının direktoru M.Xəlilova, 44 günlük Vətən müharibəsi Şəhidi Sərxan Abdullayevin atası Elxan Abdullayev və.b.bildiriblər ki, bu gün Azərbaycanda milli-mənəvi dəyərlərimizə dərindən bağlı olmaqla yanaşı, həm də müasir dünyanın inkişaf tendensiyası ilə ayaqlaşa bilən intellektual gənc nəsil formalaşıb. Sizlər bu gün iqtisadiyyatdan elm və mədəniyyətə qədər bütün sahələrdə dövlətimizin qüdrətini artıran bir qüvvəsiniz. Vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi, zəngin mədəni irsimizin qorunması və beynəlxalq aləmdə tanıdılması yolunda atdığınız hər addım xalqımızın ümumbəşəri ideyalara sadiqliyinin ifadəsidir.
Çıxış edən fəal gənclərdən A.Omarova, A.Vəlizadə, H.Həsənov, O.Balcanov onlara göstərilən diqqət və və qayğıya görə ölkə rəhbvərliyinə və MİHi Qazax rayon komitəsinə öz minnətdarlıqlarını bildiriblər.
Şair Cavanşir Rüstəm gəncləri təbrik edib, gənclərə həsr etdiyi şeirini söyləyib.
Daha sonra tədbirdə iştirak edən gənclər MİHİ Qazax rayon komitəsinin Fəxri Fərmanları və  hədiyyələri ilə  təltif olunublar. Tədbir istedadlı yeniyetmələrin musiqi ifaları ilə başa çatıb.