02.02.2026
Fevralın 2-də Ağstafa rayon Heydər Əliyev Mərkəzində 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə Ağstafa rayon İcra Hakimiyyətinin, Ağstafa rayon Heydər Əliyev Mərkəzinin, Ağstafa rayonu üzrə Gənclər və İdman sektorunun, YAP Ağstafa rayon Təşkilatının, MİHİ Ağstafa rayon Komitəsinin və Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin və “Gənclər evi SXM - nin birgə iştirakı ilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib.
Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsinin ziyarət olunub önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad edilib.
Tədbirin rəsmi hissəsində Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatının sektor müdiri Şahhüseyn Qurbanov, Ağstafa rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova, Ağstafa rayonu üzrə gənclər və idman sekrorunun müdiri Turan Hüseynov, MİHİ Ağstafa rayon Komitəsinin sədri Gülgün Kərimov, Ağstafa Gənclər evinin metodisti Kifayət Əlisgəndərova, YAP Ağstafa rayon təşkilatının əməkdaşı Aytən Məmmədli, Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı Günay Qədiməliyeva və fəal gənc Səbinə Mollayeva çıxış ediblər. Çıxışlar zamanı gənclər Azərbaycan Gəncləri Günü münasibətilə təbrik olunub, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin əhəmiyyətindən bəhs edilib. Qeyd olunub ki, ölkəmizdə həyata keçirilən gənclər siyasəti gənclərin hərtərəfli inkişafına, onların cəmiyyətin ictimai-siyasi həyatında fəal iştirakına geniş imkanlar yaradır və bu siyasət Ağstafa rayonunda da uğurla icra olunur.
Tədbirdə Ağstafa rayonunun ictimai-siyasi həyatında fəal iştirakına görə fərqlənən bir qrup gənc fəxri fərman və hədiyyələr ilə təltif olunublar.
Daha sonra iştirakçılar Ağstafa rayon Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.