Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafa rayon MKS-nin Mərkəzi kitabxanasında ”Şəhərsalma və memarlıq ili” mövzusunda dəyirmi masa keçirilib

02.02.2026

Ağstafa rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi kitabxanasında "Şəhərsalma və memarlıq ili" başlığı altında dəyirmi masa təşkil edildi.

Tədbirdə mövzu ətrafında kitabxananın əməkdaşları L. Məhərrəmova, R. Abbasova və S. Məmmədova geniş məlumat verərək bildirdilər ki, bu qərar müasir, təhlükəsiz və dayanıqlı şəhər mühitinin formalaşdırılması istiqamətində atılan mühüm addımdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan etməsi ölkə başçısının şəhərsalma, memarlıq, tikinti və bu kimi aidiyyəti sahələrə göstərdiyi xüsusi diqqətin, həmçinin ardıcıl və strateji yanaşmanın bariz nümunəsidir. “Şəhərsalma və Memarlıq İli” müasir şəhər mühitinin formalaşdırılması, infrastrukturun yenilənməsi və dayanıqlı inkişaf prinsiplərinin daha geniş tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır.