26.02.2026
Tovuzda Xocalı Soyqırımının 34-cü İldönümü Anılıb: “Kövrək Xatirələr”
26 fevral 2026-cı il tarixində Tovuz rayonu üzrə mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş “Kövrək xatirələr” adlı ədəbi-bədii kompozisiya keçirilib.
Tədbirdə ilk öncə faciə qurbanlarının xatirəsinə həsr olunan kitab və rəsm sərgisinə baxış keçirilib. Daha sonra Tovuz rayon Xalq Teatrının hazırladığı xüsusi kompozisiya ilə davam etdirilib. Teatrın təqdimatında Xocalı faciəsinin ağrı-acıları, xalqın qan yaddaşı və Vətən uğrunda şəhid olanların əziz xatirəsi bədii dillə canlandırılıb. Bu cür ədəbi-bədii nümunələr tarixi hadisələrin gələcək nəsillərə ötürülməsində və milli şüurun möhkəmlənməsində mühüm rol oynayır.