18.02.2026
18 fevral 2026-cı il tarixində Ağstafa rayon MKS-in Mərkəzi Kitabxanasında qonaq olan Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, yazıçı, publisist Müşfiq Malik Muğanlının qələmə aldığı iki hissəli, dörd bölümlü "Mübarizdən sonra" və "Ağakərim İbrahimovun düşüncələri" kitablarının təqtimatı keçirildi. Müşfiq Muğanlı çıxış edərək Mübariz İbrahimovun atası Ağakərim İbrahimovla olan söhbətindən və Mübarizin ata-anasına yazdığı son məktubdan bəhs etdi. Bildirdi ki, kitablarda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun uşaqlara, yeniyetmelərə və gənclərə verdiyi dəyərli məsləhətləri, Mübariz haqqında görkəmli şəxsiyyətlərin fikirlərindən bəhs edilib.Təqdimatın sonunda müəllif kitablarını kitabxanaya hədiyyə etdi.