Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon MKS-də Müşfiq Malik Muğanlının kitab təqdimatı keçirilib

18.02.2026

18 fevral 2026-ci il tarixdən Qazax rayon MKS-nin Mərkəzi Kitabxanasının   qonağı olan Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, yazıçı, publisist Müşfiq Malik Muğanlının “Mübarizdən sonra” və “Ağakərim İbrahimovun düşüncələri” kitablarının təqdimatı keçirildi. Görüş zamanı müəllif iki hissəli, 4 bölümlü kitablarında  Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov haqqında məşhur insanların fikirlərini , həyatını, qəhrəmanlığını, ata-anasına, vətənə sonsuz məhəbbətini qələmə aldığını bildirmişdir. Müşfiq Muğanlı öz çıxışında uşaqlaraın, yeniyetmə və gənclərin mərd, vətənpərvər böyüməsində Milli Qəhrəman Mübarizin   mayak olduğunu vurğuladı. MKS-nin direktoru Fəridə  Xudiyeva  belə görüşlərin oxucuların kitab və ədəbiyyata marağının artmasına,  gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına töhfə verdiyini vurğulayıb.
Təqdimatın sonunda müəllif kitablarını kitabxanaya hədiyyə etdi.