Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəmkirdə “Yusif Səmədoğlunu tanıyaq” adlı tədbir keçirilib

19.02.2026

19 fevral 2026-cı il tarixində Şəmkir rayon Mədəniyyət Mərkəzi və Şəmkir rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyi münasibətilə “Yusif Səmədoğlunu tanıyaq” adlı tədbir keçirilib.

Kitabxananın əməkdaşı Nərgiz Rzayeva yazıçının Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutduğunu, milli-mənəvi dəyərləri qoruyub gənc nəslə çatdırdığını vurğulanıb. “Qətl günü” romanı müəllifə ölkə hüdudlarından kənarda şöhrət qazandırıb, yazıçı rəhbərlik etdiyi ədəbi-bədii məcmuələr vasitəsilə milli ideyaların yayılmasına töhfə verib.

Tədbirdə Yusif Səmədoğlunun həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olunub, aşıqlar dərnəyinin rəhbəri Vüqar Qurbanovun ifasında saz-söz nümunələri səsləndirilib və kitab sərgisinə baxış keçirilib.