25.02.2026
25.02.2026-cı il tarixdə Gədəbəy rayon Heydər Əliyev Mərkəzinin və Gədəbəy rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə “Xocalı Soyqırımı – İnsanlığa Qarşı Cinayət” mövzusunda konfrans keçirilib.
Tədbirdə soyqırım qurbanlarının, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə Gədəbəy rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi Zamiq Söyünov və Gənclər və İdman sektorunun müdiri Röyal İsmayılov çıxış edərək bildiriblər ki, Xocalı soyqırımı ermənilərin son iki yüz ildə xalqımıza qarşı törətdiyi növbəti qanlı faciələrdən biridir. Qeyd olunub ki, Azərbaycan xalqı bu faciəni heç vaxt unutmayıb və unutmayacaqdır.
Tədbirin sonunda Xocalı soyqırımına həsr olunmuş sənədli film nümayiş olunub.