Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafa Dövlət Rəsm Qalereyasında ”Xocalını Unutma” adlı sərgi keçirilib

25.02.2026

25 fevral 2026-cı il tarixində Ağstafa Dövlət Rəsm Qalereyasında 26 Fevral  Xocalı soyqırımının 34 - cü ildönümünə həsr olunmuş "Xocalını Unutma" adlı sərgi keçirilib. Sərgidə Rəsm Qalereyasının əməkdaşı Vüsalə Musayeva mövzu ilə bağlı çıxış edərək bildirib ki, Xocalı soyqırımı yalnız Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı törədilmiş ağır cinayət kimi tarixə yazılmışdır. Xocalı yalnız bir şəhərin adı deyil, həm də xalqımızın ağrısının, kədərinin və mübarizə ruhunun simvoludur. Sərgidə Ə.Hüseynov adına Ağstafa şəhər 1saylı orta məktəbin şagirdləri iştirak ediblər. Tədbirin sonunda rəsm dərnək üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.