26.02.2026
Qazaxda “Doğma Torpaq” tammetrajlı bədii filmi nümayiş olunub.
26 Fevral 2026-cı il tarixində Qazax rayon Mədəniyyət Mərkəzində MKS və Mədəniyyət Mərkəzinin əməkdaşlarının iştirakı ilə I Qarabağ müharibəsinin acı həqiqətlərini əks etdirən “Doğma Torpaq” tammetrajlı bədii filmi nümayiş olunub.
Filmdə erməni vandallarının xalqımıza qarşı törətdiyi dəhşətli soyqırımlara, cinayətlərə, dinc və əliyalın əhaliyə qarşı edilən vəhşiliklərə, erməni separatçılarına qarşı mübarizə aparan Azərbaycan döyüşçülərinin və dinc əhalinin vətənpərvərlik, torpağa bağlılıq və mübarizə əzmini əks etdirən kadrlar öz əksini tapmışdır. Vətənpərvərlik ruhunda çəkilmiş bu film tamaşaçılar tərəfindən ürəkyanğısı, eyni zamanda qürurla qarşılanıb.