26.02.2026
26 fevral 2026-cı il tarixdə Aşıq Ələsgər adına Gədəbəy Aşıq Məktəbində Gədəbəy rayon mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş "Tarixin Qan Yaddaşı" adlı tədbir keçirildi.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə Aşıq Ələsgər adına Gədəbəy Aşıq Məktəbi, Gədəbəy şəhər Uşaq İncəsənət Məktəbi, Slavyanka kənd Uşaq Musiqi Məktəbi, Zəhmət kənd Uşaq Musiqi Məktəbi, Düz Rəsullu kənd Uşaq Musiqi Məktəblərinin müəllim və şagird kollektivi iştirak edib, Xocalı faciəsinə həsr olunan şeirlər səsləndirilib.
Tədbirdə “Torpağı sanı yaşayasan” adlı sənədli film nümayiş etdirilib. Daha sonra Zəhmətkənd kənd tam orta məktəbinin şagirdləri “Xocalı faciəsinə” aid şeirlər səsləndiriblər.