Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuzda “Doğma torpaq” sənədli filmi nümayiş etdirilib

26.02.2026

26 fevral 2026-cı il tarixdə Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi Tovuz rayonu üzrə mədəniyyət müəssisələrinin rəhbər və əməkdaşlarına  Tovuz rayon Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş filmlər nümayişi oldu.
Müstəqil Azərbaycan Respublikasının Qarabağ bölgəsində separatçılara qarşı mübarizədən bəhs edən Qafqaz bəbiri haqqında “Doğma torpaq”  sənədli filmi Londondan gələn Miranda adlı jurnalist tərəfindən çəkilib. Jurnalist tədqiqat zamanı təkcə bəbirlə bağlı deyil, həm də Azərbaycanın acı və şərəfli tarixinə dair çoxsaylı həqiqətləri öyrənib. 
Mirandanın səyahəti təbiət, tarix və insan talelərinin kəsişdiyi dramatik bir hekayəyə və sənədli filmə çevrilib.
Filmin nümayişinə göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin rəhbərliyinə minnətdarlığımızı bildiririk.