27.02.2026
27 fevral 2026-cı il tarixdə Gədəbəy rayon Heydər Əliyev Mərkəzi və Gədəbəy rayon Gənclər və İdman Sektorunun birgə təşkilatçılığı və Gədəbəy rayon MKS-nin iştirakı ilə “1 Mart – Mülki Müdafiə Günü” münasibətilə “Mülki müdafiə – əhalinin təhlükəsizliyinin təminatıdır” mövzusunda maarifləndirici təlim keçirilib. Təlimin açılış nitqi Gənclər və İdman Sektorunun müdiri Röyal İsmayılov tərəfindən edilib. Daha sonra Mərkəzin elmi işçisi Zamiq Söyünov fövqəladə hallar zamanı ilk tibbi yardım qaydaları mövzusunda slayd təqdimatı ilə çıxış edərək iştirakçılara geniş və ətraflı məlumat verib.