27.02.2026
27 fevral 2026-cı il tarixində Qazax rayon Heydər Əliyev Mərkəzində Xocalı Faciəsinin 34-cü il dönümü ilə əlaqədar film nümayişi həyata keçirilib. “Doğma torpaq” adlanan film Qarabağ müharibəsi dövründə baş verən Xocalı Soyqırımı faciəsinə və doğma yurdlarından didərgin düşmüş insanların taleyinə həsr olunmuş sənədli-bədii ekran işidir. Filmdə 26 fevral 1992-ci il tarixində baş vermiş Xocalı faciəsi zamanı dinc əhaliyə qarşı törədilmiş qətliamın acı nəticələri, öz torpaqlarından məcburi köçkün düşmüş insanların yaşadıqları ağrı və həsrət, doğma yurda-Qarabağa qayıdış ümidi və Vətən sevgisi, şahid ifadələri, real faktlar və emosional insan hekayələri ilə tamaşaçılara çatdırılır. Film əsasən faciənin insan talelərində buraxdığı izləri göstərir və doğma torpaq anlayışının həm mənəvi, həm də tarixi dəyərini ön plana çıxarır. Film izləyici gənclər tərəfindən maraqla qarşılanıb.