Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazaxda “Mülki müdafiə – təhlükəsizliyin əsas təminatıdır” adlı maarifləndirici tədbir keçirilib

27.02.2026

27 fevral 2026-ci il tarixində Qazax rayon M.P.Vaqif və M.V.Vidadinin Xatirə Muzeyində 1 Mart-Mülki Müdafiə Gününə həsr olunmuş “Mülki müdafiə – təhlükəsizliyin əsas təminatıdır” adlı maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Məhruzə Hüseynova  Mülki Müdafiə Gününün əhəmiyyətindən bəhs edərək bildirib ki, mülki müdafiə sisteminin əsas məqsədi əhalinin həyat və sağlamlığının qorunması, fövqəladə halların qarşısının alınması və onların nəticələrinin minimuma endirilməsidir. Qeyd olunub ki, bu sahədə maarifləndirmə tədbirlərinin keçirilməsi əməkdaşların hazırlıq səviyyəsinin artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Direktor mülki müdafiə zamanı istifadə olunan qoruyucu balonlar, onların təyinatı və istifadə qaydaları barədə ətraflı məlumat verib, bu vasitələrin fövqəladə hallar zamanı insanların sağlamlığının qorunmasında mühüm rol oynadığını diqqətə çatdırıb. Həmçinin əməkdaşlara fövqəladə vəziyyətlər zamanı düzgün davranış qaydaları, təhlükəsizlik tədbirləri və şəxsi mühafizə vasitələrinin əhəmiyyəti izah olunub.
Tədbirin sonunda vurğulanıb ki, bu cür maarifləndirici tədbirlərin keçirilməsi əməkdaşların bilik və bacarıqlarının artırılmasına, onların fövqəladə hallara hazırlıqlı olmasına və təhlükəsizlik mədəniyyətinin formalaşmasına mühüm töhfə verir.