Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəmkir rayon Tarix-Diyarşünaslıq Muzeyində “Zəfərə açılan mənzərə” adlı sənədli film nümayiş olunub

27.02.2026

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi Şəmkir rayon mədəniyyət müəssisələrinin birgə əməkdaşlığı ilə 27.02.2026-cı ildə Şəmkir rayon Tarix-Diyarşünaslıq Muzeyində “Zəfərə açılan mənzərə” adlı sənədli film nümayiş olunub.

Sənədli film işğal dövründə Şuşa şəhərində qanunsuz olaraq həbs edilərək ömürlük məhkum edilmiş Dilqəm Əsgərovun həyat hekayəsindən, keçdiyi ağır və sınaqlı yoldan bəhs edir. Film qəhrəmanlıq, vətənpərvərlik və milli iradənin təcəssümü kimi izləyicilərə təqdim edilib.

Nümayiş zamanı iştirakçılara işğal dövrünün reallıqları, xalqımızın mübarizə ruhu və tarixi ədalətin bərpası haqqında məlumat verilib, tədbir vətənpərvərlik ruhunda yekunlaşıb.