27.02.2026
27.02.2026-cı il tarixdə Şəmkir rayon Mərkəzi Kitabxanası “1 Mart -Ümumdünya Mülki Müdafiə Günü” mövzusunda tədbir keçirib.
Tədbirdə kitabxananın əməkdaşı Aidə Allahverdiyeva Ümumdünya Mülki Müdafiə Gününün mahiyyətini, mülki müdafiənin rolunu əks etdirən mövzuda çıxış edərək bu günün qeyd edilməsi və mülki müdafiənin cəmiyyətdə rolu haqqında qısa məlumat verərək bildirib ki, BMMT Baş Məclisinin qərarı ilə 1972-ci ildən etibarən hər il 1 mart bütün ölkələrdə Ümumdünya Mülki Müdafiə Günü kimi qeyd olunur.Azərbaycan bu nüfuzlu beynəlxalq təşkilatın tərkibinə 1993-cü ildə daxil olmuş və hər il onun keçirdiyi bütün tədbirlərə qatılır. Mülki müdafiə, müharibə – təbii fəlakətlər, texnogen qəzalar və digər fövqəladə hallar zamanı əhalinin həyatını, sağlamlığını və əmlakını qorumağa, eləcə də ərazilərin, müəssisələrin, habelə ətraf mühitin təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş bir sistemdir.
Digər çıxış edənlər də, fövqəladə hallar zamanı davranış qaydaları, özünə və digərlərinə ilkin tibbi yardımın göstərilməsindən söz açıblar.