Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafa rayon Mədəniyyət Mərkəzində ”Doğma torpaq” filmi nümayiş olunub

27.02.2026

27 fevral 2026-cı il tarixində Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş tədbir keçirildi. Ağstafa rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Ağstafa rayonu üzrə bütün  mədəniyyət müəssisələrinin əməkdaşları iştirak edirdi. Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxış edənlər Xocalı soyqırımına hüquqi-siyasi qiymətin ilk dəfə Ümummilli Lider Heydər Əliyevin verdiyini bildirdilər. 1993-cü ildə hakimiyyətə qayıdandan sonra Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edildiyi diqqətə çatdırıldı. Ümummilli Liderin 1994-cü il martın 1-də Xocalı soyqırımı ilə bağlı xüsusi Fərman imzaladığı,  sonrakı dövrdə Milli Məclisin qərarı ilə 26 fevral "Xocalı soyqırımı və milli matəm günü" elan olunduğu qeyd olundu. 
Çıxışlarda Heydər Əliyev Fondu və Fondun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə 2008-ci ildən etibarən dünya ictimaiyyətinin məlumatlandırılması istiqamətində “Xocalıya ədalət!” beynəlxalq kampaniyası təşkil edildiyi bildirildi.  Dünyanın bir sıra ölkələrinin dövlət və parlament səviyyəsində Xocalı soyqırımını tanıyıb
Xocalı qurbanlarının, müharibədə şəhid olmuş hərbçilərimizin, mülki şəxslərin qisası döyüş meydanında alındığı vurğulandı. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan  İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun Vətən müharibəsində böyük Zəfər qazandığı, hazırda Xocalıda həyat yenidən dirçəlidiyi, əzəli sakinlər öz doğma  torpaqlarına qayıtdığı bildirildi.  
Tədbirdə Xocalı faciəsini özündə əks etdirən  "Doğma torpaq" adı film nümayiş olundu.