01.03.2026
02.03.2026-cı il tarixdə Şəmkir rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsi Ümumdünya Ucadan Oxu Günü münasibəti ilə “Ümumdünya Ucadan Oxu Günü” adlı tədbir keçirib. Kitabxananın əməkdaşı Şəbnəm Abdullayeva uşaqlara oxu günü haqqında məlumat verərək bildirib ki, Ümumdünya Ucadan Oxu Günü söz, kitab, mütaliə bayramıdır. Son illər Ümumdünya Ucadan Oxu Günü 80-dən çox ölkədə, bir milyondan çox insan tərəfindən qeyd olunur.Hər birimiz kitabların dəyərini bilməli, onları sevməli, oxumalıyıq. Hər bir insan özünü dərk etdiyi gündən ilk dostu onun birinci kitabıdır. Kitab oxumaq dünya görüşümüzü genişləndirir, yeni fikirlər, məlumatlar qazanırıq, yeni sözlər öyrənirik, fantaziyamız inkişaf edir.
Sonda uşaqlar kitabxana fondunda olan uşaq jurnallarını mütaliə ediblər.