03.03.2026
3 mart 2026-cı il tarixdə Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin E.Hüseynov adına Mərkəzi kitabxanası 3 mart Ümumdünya Yazıçılar Günü ilə əlaqədar “Ümumdünya Yazıçılar Günü-Ədəbiyyatımızın düşünən beyinləri” adlı tədbir keçirib. Tədbiri giriş sözü ilə açan Oxu zalının müdiri Aygün Muradova, kitabxananın əməkdaşı Kəmalə Nuriyeva çıxışlarında qeyd ediblər ki, PEN klubun ilk beynəlxalq konqresi 1923-cü ildə Londonda keçirilib. 1986-cı il yanvarın 12-dən 18-dək PEN klubun sayca 48-ci beynəlxalq konqresi baş tutub. Məhz həmin tədbirin iştirakçıları mart ayının 3-nü “Yazıçı”nın “Ümumdünya Sülh Günü” elan edilməsi barədə qərar qəbul ediblər. Bu gün yazıçıların cəmiyyətdəki rolunu vurğulamaq, söz azadlığını müdafiə etmək və ədəbiyyat vasitəsilə sülhü təşviq etmək məqsədi daşıyır. Bu tarixdə yaradıcı insanlara hörmət göstərilir və mükafatlandırmalar keçirilir. Azərbaycan ədəbiyyatının canlı yaddaşı olan şair və yazarların əsərləri kitabxanamızda daim təbliğ olunur, kitab təqdimatları, sərgilər tərtib olunaraq oxuculara nümayiş etdirilir. Oxucular şeir, məzmun hekayələr, poemalar və təmsillərindən nümunələr söyləyiblər.
Sonda “Ümumdüntya Yazıçılar Günü- Ədəbiyyatımızın düşünən beyinləri”adlı sərgiyə baxış keçirilib.