Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuz rayon Mərkəzi kitabxanasında ”Hökumə Billuri-100” başlıqlı sərgi keçirilib

03.03.2026

03 mart 2026-ci il tarixdə Tovuz rayon Mərkəzi kitabxanasında Xalq şairəsi, Əməkdar incəsənət xadimi Hökumə Billurinin 100 illik yubileyi ilə əlaqədar "Hökumə Billuri-100" başlığında sərgi və əsərlərinin biblioqrafik icmalı təşkil olunub.
Tədbirdə öncə  Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Hökumə Billurinin həyat və yaradıcılığı barədə ətraflı məlumat verilib və bildirilib ki, şairə milli ruhlu poeziyası və vətənpərvər şeirləri ilə yaddaşlarda dərin iz buraxmışdır. Onun yaradıcılığında ana vətənə sevgi, azadlıq arzusu və milli kimlik əsas mövzulardandır.
Hökumə Billurinin şeirləri sadə, axıcı və təsirli dili ilə oxucuların qəlbində dərin iz buraxmışdır. O, xüsusilə Güney Azərbaycan mövzusuna həssas yanaşmış, xalqın dərdini və arzularını poetik dillə ifadə etmişdir. Onun "Təbriz"şeiri, "Şairin yadigarı", "İstərəm", "Mübarizə illərində" və başqa poemaları bunu bir daha sübut edir.