03.03.2026
03 mart 2026-cı il tarixdə Gədəbəy rayon Alnabat kənd Sənətkarlıq evində mədəniyyət müəssisələrinin və Gədəbəy rayon MİHİ rayon Komitəsinin birgə təşkilatçılığı ilə Novruz Bayramının ikinci çərşənbəsi olan Od Çərşənbəsinə qeyd edilib. Tədbirdə Səbətkeçməz, Miskinli, Plankənd, Parakənd, İnəkboğan, Daryurd, Arısu, Arqıran, Çalburun kənd klubları və Nağılar kənd kitabxana filialının əməkdaşları iştirak etdi. İlk öncə Ümumilli Lider Heydər Əliyevin və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə bayram xonçaları və səmənilər düzüldü. Tədbir uşaqların səsləndirdiklər mahnılarla, rəqslərlə davam etdi. Tədbirin sonunda tonqal qalandı və ətrafında Yallı gedildi.