Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gədəbəy rayon Heydər Əliyev Mərkəzində 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə tədbir keçirilib

04.03.2026

04.03.2026-cı il tarixində Gədəbəy rayon Heydər Əliyev Mərkəzində Gədəbəy rayonu üzrə gənclər və idman sektoru, Gədəbəy rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi, Gədəbəy rayon Heydər Əliyev Mərkəzi və Gədəbəy rayon Respublika Kompleks Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə idman sahəsində fərqlənən idmançılar və məşqçi-müəllimlərlə görüş keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. Daha sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə Gədəbəy rayonu üzrə gənclər və idman sektorunun müdiri Röyal İsmayılov, Gədəbəy rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Beyrək Bağırov, Heydər Əliyev Mərkəzinin əməkdaşı Aybəniz Əsgərova, məşqçi-müəllimlər Jalə Gülməmmədova və Əli Rəsulov çıxış edərək 5 Mart – Bədən Tərbiyəsi və İdman Gününün əhəmiyyətindən danışıblar.
Sonda idman sahəsində əldə olunan nailiyyətlərdən və gənclərin sağlam həyat tərzinin formalaşmasında idmanın rolundan bəhs olunub. Qeyd olunub ki, belə görüşlər gənclərin idmana marağının artırılmasına və gələcək uğurların qazanılmasına böyük töhfə verir.