Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafada ”Hüseyn Ariflə böyüyən nəsil” başlığı altında tədbir keçirilib

06.03.2026

6 mart 2026-ci il tarixində Ağstafa rayon Hüseyn Arifin Ev Muzeyi və Ağstafa rayon Habil Əliyev adına tam orta məktəbin birgə təşkilatçılığı ilə "Hüseyn Ariflə böyüyən nəsil" başlığı altında tədbir keçirildi. İlk ōncə şagird və müəllimlər muzeyin zəngin ekspozisiyası ilə yaxından tanış oldular. Daha sonra tədbir açıq elan olundu, şagirdlərə Hüseyn Arifin həyat və yaradıcılığı haqqında geniş məlumat verildi. Xüsusilə vurğulandı ki, Hüseyn Arif yaradıcılīğı insanların mənəvi taleyində, eləcə də ədəbi-ictimai fikir tariximizdə əhəmiyyətli rol oynayıb Məktəbin 6-ci sinif şagirdləri tədbirdə fəal iştirak etdilər. Hüseyn Arifin şeirlərini səsləndirdilər.